2007-2012-ci illərdə Fransanın prezidenti olmuş Nikola Sarkozi PSJ-nin prezidenti ola bilər. Fanat.az xəbər verir ki, bu təklif Paris klubundan gəlib.
59 yaşlı sabiq prezident PSJ-nin qətərli sahibi Nasser Əl-Xəlifədən prezidentlik təklifi aldığını bildirib. İki ildi uzaq qaldığı siyasətə dönmək haqqında fikirləşən Sarkozi klubun təklifinə müsbət yanaşdığını deyib: "Mən onsuz da PSJ-nin prezidenti kimiyəm. Nə vaxt stadiona getsəm, klubun prezidenti Nasser Əl-Xəlifə məni VİP-lojadakı prezidentin yerində otuzdurur. Onun təklifini dəyərləndirə bilərəm".
Fanat.az