Neymarı 222 milyon avroya transfer edən PSJ "Barselona"nın transfer istəyini gözündə qoyub.
Fanat.Az xəbər verir ki, Paris təmsilçisi Kataloniya klubunun Angel Di Mariya üçün göndərdiyi təklifi rədd edib.
Məlumata görə, "Borussiya"dan (Dortmund) Osman Dembeleni 105 milyon avroya alan "Barselona" argentinalı ulduz üçün 35 milyon təklif edib. Lakin bu təklif PSJ-ni qane etməyib və Di Mariyanın satışına razılıq verilməyib.
Qeyd edək ki, PSJ Di Mariyanı 2015-ci ildə "Mançester Yunayted"dən 63 milyon avroya alıb.
Fanat.Az