PSJ-dən "Barselona"ya 100 milyonluq TƏKLİF

PSJ-dən "Barselona"ya 100 milyonluq TƏKLİF

Neymarı heyətinə qatmaq istəyən, amma hələlik istəyinə nail olmayan PSJ "Barselona"nın daha bir üzvünə elçi düşüb. Fanat.az xəbər verir ki, Paris klubu Serxio Busketsi transfer etmək istəyir.

27 yaşlı yarımmüdafiəçi "Barselona" ilə müqaviləsini uzataqla bağlı hələ qərar verməyib. PSJ isə onun üçün 100 milyon avroluq bir təkliflə kataloniyalıların qapısını döyməyə hazırlaşır.

Qeyd edək ki, Buskets 17 yaşında - 2005-ci ildə "Barselona"ya transfer olunub. Cari mövsümdə 49 rəsmi oyuna çıxan futbolçu indiyədək "Barselona"nın heyətində 21 kubok qazanıb, İspaniya yığması ilə Avropa və dünya çempionatlarının qalibi olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər