PSJ-dən Neymara inanılmaz təklif - 500 milyon

PSJ-dən Neymara inanılmaz təklif - 500 milyon
Neymarı istəyən klubların siyahısına daha biri əlavə olunub. Fanat.az xəbər verir ki, PSJ də "Barselona"nın ulduzuna ülçi düşüb.
Neymar uğrunda "Real", "Mançester Yunayted" və "Mançester Siti" ilə mübarizə aparan Paris klubu bu transfer üçün 500 milyon avrodan keçməyə hazırdı.
Neymarın "Barselona" ilə müqaviləsinə görə onu transfer etmək istəyən klub 190 milyon avro ödəməlidi. PSJ-nin prezidenti Nasir Əl-Xəlaifi bu məbləğlə yanaşı, Neymarın özünə illik 40 milyon avro təklif edir. Braziliyalının transferi baş tutusa PSJ ümumilikdə 500 milyon avrodan keçəcək.
Bu arada "Barselona" futbolçusuna 3 illik yeni müqavilə təklif edib. Futbolçunun hazırda 2018-ci ilədək davam edəcək müqaviləsu var.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər