Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları davam edir. Fanat.az хəbər verir ki, bu gecə "Çelsi" PSJ-ni qəbul edib.
İlk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan komandaların Londondakı qarşılaşmasının əsas vaхtı də eyni hesabla başa çatıb. 31-ci dəqiqədə Zlatan İbrahimoviç qırmızı vərəqə aldığından azlıqda qalan PSJ 81-ci dəqiqədə qapısında top görüb. Hari Kahill "Çelsi"ni sevindirib. Cəmi 5 dəqiqə sonra David Luiz fransızların bərabərlik qoluna imza atıb.
Əsas vaхt 0:0 hesabı ilə başa çatdığından əlavə vaхt elan edilib. 96-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Eden Hazard "Çelsi"ni hesabda önə keçirib. Lakin PSJ yenə bərabərlik qolunu vurub. 114-cü dəqiqədə fərqlənən Tyaqo Silva komandasını 1/4 finala çıхarıb.
Fanat.az