PSJ-dən daha bir "bomba"

PSJ-dən daha bir "bomba"

Hatem Ben Arfanı heyətinə qatan PSJ daha bir transfer edir. Fanat.az xəbər verir ki, Paris klubu "Sevilya"dan Qreqri Kriçovyakı alır.

"Marka"nın xəbərinə görə, PSJ-nin yeni baş məşqçisi Unay Emeri 2 il "Sevilya"da rəhbərliyi aotında oynamış futbolçunu yanına gətirir. Artıq İspaniya klubun yeni baş məşqçisi Xorxe Sampaoli də satışa icazə verib və klublar transferi razılaşdırırıb. İddialara görə, PSJ bu transferə görə 26 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Sevilya" Qreqri Kriçovyakı 2014-cü ildə "Reyms"dən 5,5 milyon avroya almışdı. "Transfermarkt"ın 30 milyon avro qiymət qoyduğu polşalı yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 42 rəsmi oyunda 1 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər