Neymarın transferini həyata keçirə bilməyn PSJ daha bir dünya ulduzunu hədəfə alıb. Fanat.az xəbər verir ki, Paris klubu "Real"ın da maraq dairəsində olan Eden Hazarda elçi düşüb.
Məlumata görə, Neymarın transferindən imtina edən PSJ belçikalı ulduzu yayda nəyin bahasına olursa-olsun heyətinə qatmaq istəyir. Fransa təmsilçisi yaxın vaxtlarda "Çelsi"yə təklif göndərəcək.
Qeyd edək ki, Eden Hazard 2012-ci ildə "Lill"dən "Çelsi"yə 40 milyon avroya transfer edilib. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə 40 rəsmi oyuna çıxıb və 5 qol vurub.
Fanat.az