Loran Blanla yollarını ayıran PSJ-ni yeni mövsümdə Unai Emerinin çalışdıracağı demək olar ki, dəqiqləşib. Bir müddət əvvəl "Sevilya"dan istefa verən 44 yaşlı ispan mütəxəssisin yaxın günlərdə rəsmi müqavilə imzalayacağı deyilir.
Fanat.az xəbər verir ki, artıq Emerinin transfer siyahısında yer alsış bəzi futbolçuların adı mətbuata çıxıb. İddia olunur ki, ispan mütəxəssis rəhbərlikdən N`Qolo Kante (Leyçester), Qreqori Krişovyak (Sevilya) və Sezar Azpilikuetanın (Çelsi) alınmasını istəyib.
Qeyd edək ki, 3 futbolçunun transfer dəyəri 70 milyon avrodu. Belə ki, "Transfermarkt" N`Qolo Kante və Sezar Azpilikuetaya 20, Qreqori Krişovyaka 30 milyon avro qiymət qoyub.
Fanat.az