PSJ-dən 38 milyon avroluq futbolçuya TƏKLİF

PSJ-dən 38 milyon avroluq futbolçuya TƏKLİF
PSJ "Çelsi"nin ulduzuna elçi düşüb. Fanat.az xəbər verir ki, Paris klubu Dieqo Kostanı heyətinə qatmaq istəyir.
PSJ-nin ulduzu Zlatan İbrahimoviç yayda komandanı təkr edəcək. Rəhbərlik onun gedişindən sonra hücum xəttini İspaniya yığmasının braziliyalı ulduzu vasitəsi ilə doldurmaq istəyir. Artıq PSJ təklifini Kostanın menecerinə çatdırıb.
Qeyd edək ki, 27 yaşlı hücumçu 2014-cü ildə "Atletiko"dan 38 milyon avroya "Çelsi"yə transfer olunub. 2013-cü ildə Braziliya millisində 2 oyun keçirən, 2014-cü ildən İspaniya millisinə dəvət alan futbolçu cari mövsümdə "Çelsi"nin heyətində 37 rəsmi oyuna çıxıb və 15 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər