PSJ-nin baş məşqçisi Loray Blan bu həftə komandanı tərk edəcək. Fanat.az xəbər verir ki, bu barədə mütəxəssisin meneceri Jean Pyer Bernes açıqlama verib.
Bir müddətdi PSJ rəhbərliyinin komandaya ardıcıl 2 mövsümdə 3 kubok qazandırmasına rəğmən Çempionlar Liqasında uğur qazana bilməməsinə görə Blandan narazı olduğu deyilirdi. Ötən gün bu barədə "Europe 1" radiosuna açıqlama verən Bernes xəbəri təsdiqləyib: "Həftə sonundan öncə Blanla PSJ yollarını ayıracaq".
PSJ-ni gələn mövsüm bir neçə gün əvvəl "Sevilya"dan ayrılan Unai Emerinin çalışdıracağı deyilir.
Qeyd edək ki, 2013-cü ildən PSJ-yə rəhbərlik edən Loran Blan 3 dəfə Liqa 1-in, 2 dəfə Fransa Kubokunun, 2 dəfə Liqa Kubokunun, 3 dəfə Super Kubokun qalibi olub.
Fanat.az