PSJ-nın Fransa kubokunun finalında "Loryan"la oyun üçün heyəti müəyyənləşib.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, heyətdə Kevin Trapp, David Luis, Tiaqo Motta və Marko Verattinin adı daxil edilməyib. Buna səbəb sözügedən oyunçuların hamısının zədəli olmasıdır.
Paris klubunun heyətində aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Qapıçılar: Duşez, Siriqu
Müdafiəçilər: Markinyos, Kimpembe, Maksvell, Kurzava, Orye, Van der Vil, Tiaqo Silva
Yarımmüdafiəçilər: Matyuidi, Stambuli, di Mariya, Pastore, Pabyo
Hücumçular: İbrahimoviç, Kavani, Lukas Moura, Onqenda
Fanat.az