Çempionlar Liqasını qazanmağı hədəfləyən PSJ dünyanın ən güclü futbolçularından ikisini heyətinə qatmaqda israr edir. Fanat.az xəbər verir ki, Paris klubu "Real"dan Kriştiano Ronaldo və "Barselona"dan Neymarın transferini yayda bitirmək istəyir.
"Sport24"ün xəbərinə görə, PSJ-nin sahibi, Qətər şahzadəsi Şeyx Hamad bin Yassim bin Cabar Al Tani iki futbolçunun transferi üçün istənilən məbləği ayırmağa hazırdı.
Yayda Zlatan İbrahimoviç klubdan ayrılacaq və bu isə ona verilən yüksək məbləğdə maaşın kassada qalacağı deməkdi. Bundan başqa PSJ əlavə vəsait əldə etmək üçün Edinson Kavanini də satmağa hazırdı.
Fanat.az