Neymarı 222 milyon avro qarşılığında rənglərinə bağlayan PSJ daha bir ulduzu heyətə qatmağa hazırlaşır. Fanat.az xəbər verir ki, parislilər "Monako"nun gənc forvardı Kilian Mbappeni hədəfə alıb.
Klubun qətərli sahibi Nasser əl-Xelaifi bu keçid üçün qarşı tərəfə 180 milyon avro verməyə razıdı. Paytaxt klubunun rəhbərliyi Mbappeni də Neymar kimi, şirkət vasitəsilə almağı hədəfləyir.
Fanat.Az