UEFA Çempionlar Liqasında fasilə başa çatıb. Fanat.az xəbər verir ki, bu gecə Avropanın bir nömrəli klub turnirində 1/8 final mərhələsinin iki oyunu keçirilib.
Bu mərhələnin ən maraqlı qarşılaşmalarından biri olan "Mançester Siti" - "Barselona" görüşü Mançesterdəki "Etihad" stadionunda baş tutub. Baş hakim Martin Demiçelisi 53-cü dəqiqədə meydandan qovub və meydan sahiblərinin qapısına penalti təyin edib. Topa yaxınlaşan Lionel Messi hesabı açıb. Matçın nəticəsini 90-cı dəqiqədə Dani Alveş müəyyənləşdirib - 0:2.
Günün digər oyununda isə "Bayer" PSJ-ni qəbul edib. Leverkuzendəki "BayArena"da azarkeşlər qonaq komandanın qol şousuna şahidlik edib - 0:4. Hesabı 3-cü dəqiqədə Blayse Matuidi açıb. 39-cu dəqiqədə 3. Zlatan İbrahimoviç penaltini dəqiq yerinə yetirib. İsveçli ulduz 3 dəiqə sonra fərqi 3:0-a çatdırıb. Viktor Kassai Emir Spahiçi meydandan qovaraq "Bayer"i azlıqda qoyub. 88-ci dəqiqədə isə Yohan Kabaye almanların qapısına yol tapıb.
Qeyd edək ki, 1/8 finalın ilk oyunları çərçivəsində bu gün daha iki matç baş tutacaq: "Milan" - "Atletiko" və "Bayer" - PSJ. Qalan 4 qarşılaşma isə gələn həftə oynanılacaq: "Arsenal" - "Bavariya", "Milan" - "Atletiko", "Zenit" - "Borussiya", "Olimpiakos" - "Mançester Yunayted", "Qalatasaray" - Çelsi", "Şalke 04" - "Real".
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
17 fevral
23.45 Mançester Siti (İngiltərə) - Barselona (İspaniya) 0:2
Qollar: Lionel Messi, 54. Dani Alveş, 90.
Mançester Siti: Co Hart, Vinsent Kompani, Pablo Zabaleta, Aleksandar Kolarov (Joleon Leskott, 58), Qael Klişi, Martin Demiçelis, Xesus Navas (Samir Nasri, 58), David Silva, Fernandinyo, Yaya Ture, Alvaro Neqredo (Edin Dzeko, 74).
Ehtiyat oyunçular: Kostel Pantilimon, Mikah Riçards, Xavi Qarsiya, Stevan Yovetiç.
Baş məşqçi: Manuel Pellegrini.
Barselona: Viktor Valdes, Cerard Pike, Xavyer Maskerano, Jordi Alba, Daniel Alveş, Kesk Fabreqas (Serji Roberto, 86), Xavi Hernandes, Andres İnyesta, Serxio Buskets, Aleksis Sançes (Neymar, 74), Lionel Messi.
Ehtiyat oyunçular: Jose Manuel Pinto, Mark Bartra, Adriano, Aleks Sonq, Pedro Rodriges.
Baş məşqçi: Cerardo Martino.
Sarı vərəqələr: Alvaro Neqredo, 28. Aleksandar Kolarov, 37 - Daniel Alveş, 23. Xavyer Maskerano, 76.
Qırmızı vərəqə: Martin Demiçelis, 53 (Mançester Siti).
Baş hakim: Yonas Eriksson (İsveç).
Mançester. "Etihad" stadionu.
23.45 Bayer (Almaniya) - PSJ (Fransa) 0:4
Qollar: Blayse Matuidi, 3. Zlatan İbrahimoviç, 39-pen; 42. Yohan Kabaye 88.
Bayer: Bernd Leno, Emir Spahiç, Andres Quardado, Ömər Toprak, Simon Rolfes (Stefan Reynarts, 46), Lars Bender, Roberto Hilbert, Sidney Sam (Filip Vollsçeyd, 62), Qonzalo Kastro, Heunq-Min Son (Julian Brandt, 46), Stefan Kiesslinq.
Ehtiyat oyunçular: David Yelldell, Yens Hegeler, Sebastian Boeniş, Levin Mete Öztunalı.
Baş məşqçi: Sami Hyupya.
PSJ: Salvatore Siriqu, Tiaqo Silva, Aleks, Maksvell, Qreqori van der Viel, Tiaqo Motta, Blayse Matuidi (Yohan Kabaye, 67), Marko Verratti, Lukas Moura, Zlatan İbrahimoviç, Ezekuiel Lavezzi (Xavyer Pastore, 76).
Ehtiyat oyunçular: Nikolas Duçes, Markuinos, Lukas Diqne, Ceremi Menez, Adrian Rabiot.
Baş məşqçi: Loran Blan.
Sarı vərəqələr: Roberto Hilbert, 15. Emir Spahiç, 38. Andres Quardado, 48. Qonzalo Kastro, 58 - Blayse Matuidi, 4.
Qırmızı vərəqə: Emir Spahiç, 59 (Bayer).
Baş hakim: Viktor Kassai (Macarıstan).
Leverkuzen. "BayArena".
Fanat.az