PSJ gələn mövsüm üçün heyətini gücləndirməyə hazırlaşır. Fanat.Az xəbər verir ki, Paris klubu bu məqsədlə bir neçə ulduz transfer edəcək.
İddialara görə, klub prezidenti Nasser Əl-Xelafi transferlər üçün fantastik məbləğdə büdcə ayırıb. Edinson Kavani ilə müqaviləni yeniləyən PSJ hücum xəttinə Dortmund "Borussiya"sından Pyer-Emerik Aubameyanqı transfer etmək istəyir. Fransızlar qabonlu futbolçu üçün 100 milyon avrodan keçməyə hazırdı.
Paris klubu Aubameyanqdan başqa "Sevilya"dan Vitolo və "Baselona"dan Jordi Alba kimi futbolçuları da hədəfə alıb. Əvəzində Xavyer Pastore, Blayse Matuidi, Qriqori Kriçovyak, Hatem Ben Arfa, Jesse Siriqu və Serj Aurier yola salınacaq.
Fanat.Az