PSJ baş məşqçisi Loran Blanla yeni müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, fransız mütəxəssisin anlaşmasının müddəti 2 il uzadılıb.
2018-ci ilədək PSJ-ni çalışdıracaq Blan klubun rəsmi saytına bunları deyib: "Mənə olan etmiada görə hər kəsə təşəkkür edirəm. İşə başladığım gündən gözəl kollektiv və çox gözəl atmosferdə çalışdım. Ümid edirəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq".
PSJ Blanın dönəmində ardıcıl 2 dəfə Fransa çempionluğunu, 1 dəfə ölkə kubokunu, 2 dəfə Liqa Kubokunu və 2 dəfə Fransa Super Kubokunu qazanıb. Paris klubu cari mövsümdə Liqa 1-in turni cədvəlində ən yaxın izləyicisi "Monako"nu 24 xal qabaqlayır.
PSJ-ni 155 oyuna çıxaran mütəssis 114 matçda qələbəyə sevinib, 28 heç-heçəyə nail olub və 13 dəfə yenilib.
Fanat.az