PSJ daha bir ulduzu heyətinə qatmaq istəyir. Fanat.az xəbər verir ki, baş məşqçi Lauren Blank rəhbərlikdən Eden Hazardın transferini istəyib.
PSJ rəhbərliyinin bu transfer üçün "Çelsi"yə 60 milyon avro ödəməyə hazır olduğu deyil. Lakin London klubunun baş məşqçisi Joze Mourinyonun belçikalı ulduzu buraxmaq niyyətində olmadığı da bildirilir. İndi PSJ rəhbərliyi "Çelsi"ni razı salmağa çalışır.
Bu arada Fransanın "L`Equipe" qəzeti PSJ-nin "Yuventus"un gənc üzvü Paul Poqbanı da hədəfə alması barədə xəbər yayıb. Parislilər fransız oyunçu üçün italyanlara 40 milyon avro təklif etmək niyyətindədi.
Fanat.az