Premyer Liqa: "Mançester Siti" qələbə qazandı

Premyer Liqa: "Mançester Siti" qələbə qazandı

İngiltərə Premyer Liqasında III turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, turun davamında 6 oyun keçirilib.

"Kristal Palas" doğma meydanda "Sanderlend"i qəbul edib. 90 dəqiqənin sonunda sevinən tərəf ev sahibləri olub - 3:1. "Fulhem" isə səfərdə "Nyukasl"la münasibətlərinə aydınlıq gətirib. Hatem Ben Arfanın 86-cı dəqiqədə vurduğu qol oyunda yeganə olub və ev sahibləri minimal hesablı qələbə qazanıb. Digər oyunlarda isə "Stok Siti" səfərdə "Vest Hem"i, "Norviç" isə öz meydanında "Southempton"u minimal hesabla məğlub edib. "Kardiff" - "Everton" görüşündə isə hesab açılmayıb - 0:0. 

"Mançester Siti" doğma azarkeşlər önündə "Hall Siti"ni sınağa çəkib. Görüşdən 2:0 hesablı qələbə ilə ayrılan "şəhərlilər" 6 xalla turnir cədvəlinin 2-pilləsinə yüksəlib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər