PFL iki oyunun vaxtını dəyişdi

PFL iki oyunun vaxtını dəyişdi

Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Premyer Liqanın VIII turunun “Neftçi” - “Qəbələ” matçının bir gün tez keçirilməsini xahiş edib. 

Fanat.az xəbər verir ki, "Qəbələ"nin mötəbər turnirdəki çıxışını və canlı yayımı nəzərə alan PFL VIII turun oyun cədvəlində dəyişiklik edib. Belə ki, “Neftçi” - “Qəbələ” matçı oktyabrın 18-dən 17-nə tarixinə keçirilib. 

Canlı yayımla əlaqədar olaraq “Sumqayıt” - “İnter” matçı ayın 17-dən 18-nə təyin edilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər