Perişiç Şukerin rekordunu təkrarladı, Ronalduya çatdı

Perişiç Şukerin rekordunu təkrarladı, Ronalduya çatdı

Xorvatiya millisinin futbolçusu İvan Perişiç Qətərdə keçirilən dünya çempionatında "dama-damalar"ın sabiq forvardı Davor Şukerin rekordunu təkraralayıb.

Fanat.Az xəbər verir ki, Perişiç buna 1/8 final mərhələsində Yaponiya ilə görüşdə qol vuraraq nail olub. 

O, Xorvatiyanın mundiallardakı bombardiri, hesabında 6 qol olan  Davor Şukerə çatıb.

Perişiç həmçinin Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu və İsveçrə millisinin üzvü Cerdan Şakiri ilə birlikdə son 5 böyük turnirin hər birində fərqlənməyi bacaran üçüncü oyunçu olub.

Qeyd edək ki, 1:1 hesabı ilə yekunlaşan oyunun penaltilər seriyasında Yaponiyanı üstələyən Xorvatiya yığması DÇ-2022-nin 1/4 final mərhələsinə yüksəlib. Avropa təmsilçisi bu raundda dekabrın 9-da Braziliya ilə qarşılaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər