“Paxtakor” Azərbaycan komandaları ilə eyni turnirdə

“Paxtakor” Azərbaycan komandaları ilə eyni turnirdə

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “QOL U-15 ” beynəlxalq turniri keçiriləcək.

Fanat.Az xəbər verir ki, turnirdə “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Zirə”, “Səbail”, “Qarabağ” klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə yanaşı, Qırğızıstanın “İlbirs” və Özbəkistanın “Paxtakor” komandaları iştirak edəcək.

İyulun 7-də start götürəcək turnirə 15-də yekun vurulacaq. Oyunlar “ASK Arena”da və “ASCO Arena”da təşkil olunacaq.

İlk turun təqvimi:

7 iyul

Neftçi – Zirə Saat: 09:30. ASK Arena Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə

Paxtakor – Sumqayıt Saat: 16:30. ASK Arena Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Orxan İbişov

İlbirs – Səbail Saat: 17:00. ASCO Arena Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Rəhman Aslanov

Sabah – Qarabağ Saat: 20:30. ASCO Arena Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Rasim Axundov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər