"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 34-cü turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, o, səfərdə 1:0 hesabı ilə qalib gəldikləri görüşü belə şərh edib:

“Futbolçuların psixoji durumdan çıxmaları birliyimiz, bərabərliyimiz üçün vacib idi. Rəhbərliyimizə, azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən dəstək oldular.  Oyun başlayandan etibarən nəzarətimizdə idi. Rəqibin təhlükəli əks-hücumları oldu. Birinci hissədə rəqibin cərimə meydançası daxilində son toxunuşlarda qərarlarımız yaxşı olmadı. İkinci hissədə yaxşı hücumlarımız oldu. Qələbə qazandıq. Son iki oyunumuz qalıb. Ondan sonra növbəti mövsüm haqda fikirləşəcəyik”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər