"Neftçi"ni təbrik etmək olmaz. Çünkü onlar bizdən iki baş güclü idilər, lakin minimal fərqlə qalib gəldilər". Bu sözləri "Neftçi" komandası ilə qarşılaşmadan sonra "Xəzər Lənkəran"ın oyunçusu Nodar Məmmədov səsləndirib.
Nodar Məmmədov bildirib ki, "Xəzər Lənkəran" komandası son dəqiqəyə qədər əlindən gələni etdi. Amma nəsə çatışmadı.
O, həmçinin, bildirib ki, "Xəzər Lənkəran"la "Neftçi" arasında olan gərginliyə görə azarkeşlərdən bəziləri qeyri-etik ifadələr işlədiblər. "Söyüş futbola yaraşmaz", deyə N.Məmmədov vurğulayıb.
"Bizə bundan sonra bir qələbə lazımdır. Davamı gələcək", - deyə futbolçu əlavə edib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasınln XXI tur çərçivəsində keçirilən görüşdə paytaxt təmsilçisi 1:0 hesablı qələbə qazanıb.("Report")
Fanat.az