"Neftçi"yə qol vuran futbolçu: "Güclü rəqibə qarşı oynadıq"

"Neftçi"yə qol vuran futbolçu: "Güclü rəqibə qarşı oynadıq"

Dünən Antalyada baş tutan yoxlama oyununda "Neftçi" ilə qarşılaşan Macarıstanın “Vaşaş” klubunun futbolçusu David Zimonyi matçı dəyərləndirib.

Fanat.Az xəbər verir ki, 1:1 hesablı heç-heçə qeydə alınan qarşılaşmada komandasının qoluna imza atan macarıstanlı hücumçu "Neftçi"ni güclü rəqib adlandırıb:

"İlk yoxlama oyunumuz olduğunu nəzərə alsaq, məncə, yaxşı çıxış etdik. Xüsusən də qol vurmağı bacardığım üçün sevinirəm. Cinahdan edilən ötürmədən sonra topu rəqib qapısına göndərə bildim. Biz rəqibin çox yaxşı güc nümayiş etdirdiyini hiss etdik. Ancaq düşünürəm ki, fürsətlərdən yararlana bilsəydik, hətta hesabı xeyrimizə dəyişə bilərdik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər