"Neftçi"nin zədəlilərinin son vəziyyəti nə yerdədir? - AÇIQLAMA

"Neftçi"nin zədəlilərinin son vəziyyəti nə yerdədir? - AÇIQLAMA

"Neftçi"nin zədəli futbolçularının son durumuna aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.

Onun sözlərinə görə, hələ də zədəsini sağaltmayan Rəhman Hacıyevin müalicəsi davam edir və futbolçu fərdi hərəkətlərlə kifayətlənir: "Ömər Buludov və Eddi İsrafilov komanda ilə məşqlərə qoşulublar. Qapıçı Emil Balayevin isə bərpa prosesi davam edir".

Qeyd edək ki, "Neftçi" bu gün VI turda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da start götürəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər