"Neftçi"nin yetirməsi Birinci Liqada çıxış edəcək

"Neftçi"nin yetirməsi Birinci Liqada çıxış edəcək

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "İrəvan" FK heyətini daha bir futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Birinci Liqa təmsilçisi "Araz-Naxçıvan" klubunun yarımmüdafiəçisi Fəhmin Muradbəyli ilə 1 illik müqavilə imzalayıb.

"Neftçi"nin yetirməsi olan Fəhmin Muradbəyli daha əvvəl "Səbail"  və  "Şamaxı" klublarında forma geyinib. 27 yaşlı yarımmüdafiəçinin son iş yeri "Araz-Naxçıvan" olub.   Fəhmin Muradbəyli Azərbaycanın U-17, U-19 vǝ U-21 millilərinin də şərəfini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər