“Neftçi”nin tarixini məhv edirlər” - Flavinyodan reaksiya

“Neftçi”nin tarixini məhv edirlər” - Flavinyodan reaksiya

"Neftçi” klubunun son zamanlar yaşadığı pis günlər "ağ-qaralar"ın sabiq kapitanı Flavinyonu da narahat edib. 

Fanat.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi sosial şəbəkə vasitəsi ilə keçmiş komandasının vəziyyətinə belə münasibət bildirib:

"5 il ərzində gərgin əmək və səylərimiz nəticəsində 3 dəfə ölkə çempionu olduq, 2 dəfə kuboku qazandıq, Avroliqanın qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşdük. 2 dəfə ilin, 3 dəfə ayın ən yaxşı oyunçusu seçildim, 38 qol vurdum...İndi isə onlar "Neftçi”nin tarixini məhv edirlər”. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər