“Neftçi”nin stadionunun adı dəyişdirildi - Klub prezidenti açıqladı

“Neftçi”nin stadionunun adı dəyişdirildi - Klub prezidenti açıqladı

“Neftçi”nin ev oyunlarını keçirdiyi stadionun adı dəyişdirilib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti Fərrux Mahmudov sosial şəbəkə hesabında paylaşım edib:

“Azarkeşlərin istəyi nəzərə alınaraq, “Neftçi” – “Beşiktaş” oyunu doğma stadionumuzda keçiriləcək. Bu gündən etibarən arenamızın adı nə “Bakcell Arena”, nə də 8-ci km adlanacaq. Stadionun adı “Neftçi Arena” oldu. Yaxın zamanda bütün fasad reklamları stadionda dəyişəcək. Xeyirli uğurlu olsun!"

Qeyd edək ki, stadion daha əvvəl 8-ci km və “Bakcell Arena” adlanırdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər