“Neftçi”nin sabiq prezidenti “Roma”nın matçına təyinat aldı

“Neftçi”nin sabiq prezidenti “Roma”nın matçına təyinat aldı

“Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, İtaliyada "Roma" və Avstriya "Zalsburq"u arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Fevralın 23-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk görüşdə Avstriya təmsilçisi mininal hesablı qələbə qazanıb – 1:0.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər