“Matç TV” telekanalı beynəlxalq “Matç TV Kuboku”nu təqdim edəcək.
Fanat.Az xəbər verir ki, mövsümlərarası əsas kubok uğrunda mübarizə ilk dəfə olaraq beynəlxalq səviyyədə baş tutacaq.
“Matç TV Kuboku” turnirinin bütün oyunları “Matç TV” və “Matç Premyer” kanallarında canlı yayımlanacaq.
Bu il futbol turnirinin iştirakçıları bu klublar olacaq: “Fənərbaxça” (İstanbul, Türkiyə), “Neftçi” (Bakı, Azərbaycan), “Srvena Zvezda” (Belqrad, Serbiya) və “Zenit” (Sankt-Peterburq, Rusiya).
Qarşılaşmalar Sankt-Peterburqda – “Qazprom Arena” və “Smena” stadionlarında iyulun 1-dən 15-dək keçiriləcək.
Turnirin təqvimi (Bakı vaxtı ilə) 1 iyul. 20:30. “Zenit” – “Neftçi” (“Qazprom Arena”) 4 iyul. 20:30. “Srvena Zvezda” – “Zenit” (“Qazprom Arena”) 8 iyul. 20:30. “Neftçi” – “Srvena Zvezda” (“Smena”) 9 iyul 20:30. “Zenit” – “Fənərbaxça” (“Qazprom Arena”) 12 iyul. 20:30. “Fənərbaxça” – “Srvena Zvezda” (“Smena”) 15 iyul. 15:00. “Neftçi” – “Fənərbaxça” (“Smena”)
Turnir başlamazdan əvvəl komandaların baş məşqçiləri, “Matç TV” rəhbərliyi və “Matç TV Kuboku”nun titul tərəfdaşının nümayəndələrinin iştirakı ilə ənənəvi mətbuat konfransı nəzərdə tutulub. Tarix və məkan haqqında əlavə məlumat daha sonra veriləcək.