"Neftçi"nin rəqibi braziliyalılara qiymət oxudu

"Neftçi"nin rəqibi braziliyalılara qiymət oxudu

Braziliyalı yarımmüdafiəçi Klaudinyo yay transfer pəncərəsində "Zenit Peterburq"u tərk edə bilər. 

Fanat.Az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi yarımmüdafiəçisini hansı məbləğə buraxmağa hazır olduğunu açıqlayıb. 

“Globo”nun məlumatına görə, Rusiya çempionunun rəhbərliyi komandanın liderlərindən birinin satışından 17-18 milyon avro qazanmağı planlaşdırır. Klaudinyonun müştərisi Braziliyanın “Flamenqo” klubudur.

Yarımmüdafiəçi 2021-ci ildə "Zenit"in sıralarına qoşulub. 26 yaşlı "sambaçı" ötən mövsüm 30 oyuna çıxıb. O, 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Başqa sözlə, Klaudinyo "Zenit"in Rusiya çempionu olmasında əsas pay sahiblərindəndir.

Qeyd edək ki, "Neftçi" Rusiyada keçirilən "Matç TV" turniri çərçivəsində bu gün "Zenit"lə qarşılaşacaq. Oyun "Qazprom Arena"da baş tutacaq və saat 20:30-da başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər