“Neftçi"nin qapıçısının durumuna aydınlıq gəldi

“Neftçi"nin qapıçısının durumuna aydınlıq gəldi

“Matç TV Kuboku” çərçivəsində iyulun 1-də “Qazprom Arena”da “Zenit”ə qarşı keçirilən matçın  sonlarında zədələnən "Neftçi"nin futbolçusu Aqil Məmmədovun sağlamlıq durumuna aydınlıq gəlib. 

Fanat.Az xəbər verir ki, klubun baş həkimi Şaiq Zöhrablı Bakı təmsilçisinin rəsmi saytına açıqlamasında bununla bağlı məlumat verib:

“Aqil oyun zamanı epiqastral nahiyəyə kəskin zərbə almışdı. Hazırda vəziyyəti stabildir. Sadəcə, məşqlərdən bir neçə günlük azad olunub”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər