“Neftçi”nin qapıçısı İvan Brkiç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 28 yaşlı xorvatiyalı qapıçı “Trabzonspor”a keçə bilər.
Məlumatı "Vecernji.hr" saytı yayıb.
Xəbərdə qeyd olunur: “Brkiçin “Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. Onunla maraqlanan bir neçə klub var. Ancaq o, Bakıda xoşbəxtdir. Hər halda komandasını dəyişməyəcək. Klub da ondan razıdır, yeni müqavilə imzalamağa hazırdır. Ancaq Nenad Byelkanın “Trabzonspor”a keçidi Brkiçin Türkiyəyə yolunu aça bilər”.