“Neftçi” klubunun prezidenti Kamran Quliyev veteran futbolçu, “Neftçi-2”nin sabiq baş məşqçisi Mahmud Qurbanovla görüşüb.
Fanat.Az xəbər verir ki, klub prezidenti Qurbanovu 50 illik yubileyi münasibətilə təbrik edib.
Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Mahmud Qurbanov 1996-1997, 2004-2005-ci illər ərzində “Neftçi”nin heyətində 72 oyun keçirib, 6 qol vurub. “Neftçi” ilə Azərbaycan çempionatının (1997, 2004, 2005) və kubokunun (2004) qalibi olmuş “Professor” ləqəbli futbolçu 2018-2022-ci illərdə “Neftçi-2”ni çalışdırıb və 2020/2021 mövsümündə əvəzedici komandamızla I Divizionun qalibi olub.