"Neftçi"nin növbəti rəqibləri müəyyənləşdi

"Neftçi"nin növbəti rəqibləri müəyyənləşdi

Fransanın Puatye şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.

Fanat.Az xəbər verir ki, 27-28 iyunda təşkil olunacaq bu mərhələdə "Neftçi" A qrupunda Kanada və İtalya yığmaları ilə mübarizə aparacaq.

Bakı klubu qrupda ilk oyununu Bakı vaxtı ilə saat 19:30-da Kanada seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər