2010-2014-cü illərdə “Neftçi”nin şərəfini qoruyan Bahodir Nasimovun yenidən Azərbaycana qayıdacağı gözlənilir. Fanat.az publika.az-a istinadən xəbər verir ki, Özbəkistan millisinin tacik əsilli futbolçusu Bakıdakı dostlarından “Neftçi”yə qayıtmasına yardım etmələrini istəyib. Hətta 28 yaşlı forvard az məvacib qarşılığında da "ağ-qara" formanı geyinməyə hazırdır.
Qeyd edək ki, Bahodir “Neftçi”dən ayrıldıqdan sonra bir mövsüm İranda top qovub. “Padideh” klubunda 17 oyuna 1 qolla yadda qalan Nasimov hazırda “Bunyodkor”un futbolçusudu. O, Özbəkistan klubunun heyətində 12 oyunda 6 qol vurub.
Bahodir Azərbaycan Premyer Liqasında oynadığı dövrlərdə sayılıb-seçilən hücumçulardan olub. 2010-cu ilin yayında icarə əsasında “Neftçi”yə qoşulan 28 yaşlı forvard üçqat Azərbaycan çempionudu (2011, 2012, 2013). 2011/12 mövsümündə o, 16 qolla Premyer Liqanın bombardiri olub. Ümumilikdə 103 dəfə "Neftçi" formasını geyinib və 41 qola imza atıb.
Fanat.az