“Neftçi”nin bənzəri tapıldı

“Neftçi”nin bənzəri tapıldı

“Neftçi” klubunun rəhbərliyi rahat nəfəs ala bilər. Fanat.Az xəbər verir ki, oktyabr ayında 3 əcnəbi futbolçu transfer etmək istədiyi üçün tənqidlərlə üzləşən paytaxt klubunu bənzəri tapılıb.

İngiltərə çempionatının I divizionunda çıxış edən “Kardiff Siti” klubu azad agent statusu daşıyan 3 futbolçu ilə müqavilə bağlayıb. Uels təmsilçisi “Arsenal”ın sabiq hücumçusu Maruan Şamaxı, eləcə də, müdafiəçi Sol Bamba ilə Devid Hoyletti heyətinə cəlb edib.

Bamba ilə 2018, Hoylettlə isı 2017-ci ilin yayına qədər sözləşmə imzalanıb. Şamaxın müqaviləsinin müddəti isə gələn ilin yanvar ayına qədərdir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər