"Neftçi"nin baş məşqçisi "Styaua"ya qayıtmaq istəyir - İDDİA

"Neftçi"nin baş məşqçisi "Styaua"ya qayıtmaq istəyir - İDDİA

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın "Styaua" klubunu çalışdırmaq istəyir. 

Fanat.Az "Fanatik.ro"ya istinadən xəbər verir ki, belə iddia ilə yerli jurnalist Horia İvanoviçi çıxış edib. Onun sözlərinə görə, mütəxəssis tez-tez klub prezidenti Cici Bekaliyə zəng edir: "Bizdə olan son məlumata görə, Regekampf "Styaua"ya qayıtmaq üçün çox təzyiq göstərir. O, son bir neçə gündə davamlı olaraq Bekaliyə zəng edir və onu zəngləri ilə yorub".

Regekampf 2012-2014 və 2015-2017-ci illərdə "Styaua"nı çalışdırıb. Keçən yay "Neftçi"nin baş məşqçisi təyin olunan 47 yaşlı mütəxəssisin "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər