"Neftçi"nin azarkeşləri Tovuzda oyuna buraxılmadı

"Neftçi"nin azarkeşləri Tovuzda oyuna buraxılmadı

"Neftçi" "Turan Tovuz"la səfər matçında azarkeşlərin dəstəyindən məhrum qalıb.

Fanat.Az-ın məlumatına görə, paytaxt təmsilçisinin bir qrup tərəfdarı sevimli komandalarını dəstəkləmək üçün Tovuza yollansalar da, stadiona buraxılmayıblar. 

Təhlükəsizlik baxımından belə qərar verilib. Komandaların azarkeşləri arasında kubok matçında insident yaşandığını nəzərə qalaraq, oxşar ssenarinin baş verməməsi üçün qonaqlar içəri buraxılmayıblar. Belədə ağ-qaralı tərəfdarlar Tovuzdan geri qayıdıblar. Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər