“Neftçi”nin avrokubok oyununun vaxtı dəyişdirildi

“Neftçi”nin avrokubok oyununun vaxtı dəyişdirildi

“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” komandasına qarşı keçirəcəyi ilk oyunun təqvimində dəyişiklik olub.

Fanat.Az xəbər verir ki, UEFA iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq görüşün saatını dəyişib.

Qitə futbol qurumunun qərarına görə, Sarayevodakı qarşılaşma öncədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 22:30-da deyil, yarım saat gec – yəni, 23:00-da start götürəcək.

Bu komandalar arasında cavab oyunu avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər