“Neftçi”dən Bəxtiyar Musayevə təbrik

“Neftçi”dən Bəxtiyar Musayevə təbrik

“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Bəxtiyar Musayevi 50 illik yubileyi münasibətilə təbrik edib.

Fanat.Az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Bəxtiyar Musayev 1991-1996, 1998-2002, 2005-2006-cı illər ərzində “Neftçi”nin heyətində 218 oyun keçirib, 33 qol vurub. “Ağ-qaralar”la Azərbaycan çempionatının (1992), kubokunun (1995, 1999) və Superkubokunun (1993, 1999) qalibi olmuş Musayev “Neftçi”də seleksiyaçı məşqçi vəzifəsində də çalışıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər