“Neftçi”dən 200-cü məhsuldar oyun

“Neftçi”dən 200-cü məhsuldar oyun

“Neftçi” Misli Premyer Liqasının XV turunda “Səbail”lə qarşılaşıb. “Ağ-qaralar” ev oyununda 3:1 hesablı qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, bu, paytaxt təmsilçisinin ölkə çempionatlarında 3 və ya daha çox qol vurduğu 200-cü matç olub.

“Neftçi” bu yubileyə 868-ci qarşılaşmasında çatıb. Bakılılar ən azı 3 qol vurulan matçların sayında mütləq rekordçudur.

Qeyd edək ki, paytaxt təmsilçisi bu 200 oyundan 109-da üçdən çox, 91-də üç top vurmağı bacarıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər