Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Neftçi" 2 futbolçusu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti açıqlama yayıb.
"Ağ-qaralar" yarımmüdafiəçi Sezar Meza Kolli və hücumçu Vato Arveladzeylə vidalaşıb. Hər ikisi ilə müqavilənin müddəti bitib və onlarla yeni anlaşmaya ehtiyac duyulmayıb.
Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən 31 yaşlı Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub. Ötən ilin avqustunda transfer olunmuş Arveladze isə “Neftçi”nin heyətində 20 rəsmi oyunda meydana çıxıb.