"Neftçi" "Zenit"in futbolçusu ilə güclənir

"Neftçi" "Zenit"in futbolçusu ilə güclənir

"Neftçi" klubu Rusiyanın "Zenit" klubunda icarə əsasında çıxış edən Qazaxıstan millisinin üzvü Nurali Aliplə maraqlanır.

Fanat.Az xəbər verir ki, bu barədə Qazaxıstanın "Vesti" portalı məlumat yayıb.

Sankt-Peterburq klubunun icarə müqaviləsinin müddəti qışda başa çatacaq müdafiəçi ilə yeni anlaşma imzalamağa maraq göstərmədiyi bildirilir. 22 yaşlı futbolçu "Axmat" və "Orenburq" klubları ilə yanaşı, "Neftçi"nin də "radar"ına düşüb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər