“Neftçi” Yüksək Liqanın finalına yüksəldi

“Neftçi” Yüksək Liqanın finalına yüksəldi

Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin üçüncü turunun oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, “Baku Fire” “Neftçi” İK ilə üz-üzə gəlib.

Əvvəlki iki oyunda hərəyə bir qələbə qazanan tərəflərdən bu dəfə üstün olanı final, məğlub tərəfə isə 3-cü yer uğrunda matçda iştirak edəcəkdi.

Həlledici görüşdə 6:3 hesabı ilə qələbə qazanan “Neftçi” İK finala adlayıb.

Digər yarımfinal görüşündə “Araz Naxçıvan” “Record”a bir oyunda qalib gəlib, ikinci oyun isə rəqib meydana çıxmadığı üçün baş tutmayıb. Bu üzdən də Naxçıvan təmsilçisi texniki qələbə sayəsində finala yüksələcək.

Yüksək Liqa Pley-offun 3-cü oyunu 11 may

Baku Fire - Neftçi” İK 3:6 Qollar: Pouria Qolşani, 27:19; 29:19; 31:00 - Ülvi Əliyev, 21:44. Nurlan Mehdizadə, 22:49; 35:14. Hasan Ali Jafari, 31:27. Namiq Məmmədkərimov, 34:00; 37:54. Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Hikmət Qafarlı Hakim-inspektor: Ramiz Əsədov Bakı İdman Sarayı. Saat 13:30. Pley-off-dakı oyunlar: 3:2, 3:4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər