“Neftçi” və “Qəbələ” cərimələndi

“Neftçi” və “Qəbələ” cərimələndi
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Fanat.Az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub. 
"Qəbələ” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Neftçi” 800 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Yusif Nəbiyev 1 matçlıq kənarlaşdırılıb. Futbolçusunun cəzalanması "Qəbələ”nin 200 manat cərimələnməsi ilə nəticələnib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər