Bu gün “Sərhədçi İdman Mərkəzində” 2022/23 mövsümü üzrə Azərbaycan kubokunun qrup oyunları baş tutub.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qrup üzrə dörd qarşılaşma keçirilib.
Qeydə alınan nəticələri təqdim edirik:
A qrupu
Sabah – Gəncə 59:97
Ən məhsuldar basketbolçular: Udun Osaku - 15 xal, 3 ribaund (“Sabah”) Əkbər Məmmədov - 27 xal, 18 ribaund (“Gəncə)
AAAF Xırdalan – Sərhədçi 86:69
Ən məhsuldar basketbolçular: Deymon Makdouel - 19 xal, 6 ribaund (“AAAF Xırdalan”) Brendon Miller - 20 xal, 5 ribaund ("Sərhədçi”)
B qrupu
NTD - Olimpik Şəki 94:83
Ən məhsuldar basketbolçular: Zak Hadson - 18 xal, 11 ribaund (NTD) Larri Robinson - 24 xal, 8 asist (“Olimpik Şəki”)
Zirvə Astara - Neftçi 76:93
Ən məhsuldar basketbolçular: Derin Conson - 27 xal, 6 asist ("Zirvə Astara") Davit Lomidze - 24 xal, 5 riabund ("Neftçi")