“Neftçi" klubu “Türk Hava Yolları Futbol Mərkəzi”ndə akademiyanın inzibati binasının ümumi tikinti işləri ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2 mərtəbə və 1 zirzəmidən ibarət, ümumi sahəsi 1637.4 kv.m. olan layihədə tikinti işlərinin tamamlanması, fasad işləri, daxil bəzək işləri, havalandırma və isitmə-soyutma sistemi, qazanxana və istilik şəbəkəsi, kommunikasiya sistemi (su, qaz, elektrik və s.), təhlükəsizlik sistemi (yanğın, müşahidə və s.), elektrik avadanlığı və texnikası, həmçinin mebelləşdirmə kimi işlər nəzərdə tutulub. Qeyd edək ki, akademiyanın inşasına 2021-ci ilin əvvəlində start verilib.