“Neftçi” “Srvena Zvezda” ilə üz-üzə

“Neftçi” “Srvena Zvezda” ilə üz-üzə

“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Laurentsiu Regekampf yetirmələrini Serbiyanın “Srvena Zvezda” komandası ilə oyunda sınaqdan keçirəcək.

“Calista Sport Center”də baş tutacaq görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Oyunun ertəsi günü – yanvarın 20-də isə komanda Bakıya qayıdacaq.

Xatırladaq ki, “Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər