"Neftçi" rəhbərliyi komandanın baş məşqçisi Laurentsiu Regekampfla bağlı qərarını qətiləşdirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komandanın əsas sponsoru SOCAR-ın nümayəndələri ilə görüşən klub idarəçiləri 5 illik inkişaf layihəsini qarşı tərəfə çatdırıblar.
Regekampfın və hazırki heyətdəki 6-7 futbolçunun bu yay komandadan göndərilməsi planlaşdırılıbsa, səviyyəli azərbaycanlılarla daha güclü gəlmələrn vəhdətindən rəqabətədavamlı kollektiv formalaşdırmaq prioritet hədəfdir.
Ötən yay "Neftçi" ilə 2 illik müqavilə bağlayan rumın çalışdırıcının anlaşmasının müddəti başa çatmamış necə göndəriləcəyinə gəlincə, mütəxəssisin sözləşməsindəki xüsusi bəndə əsasən, ona az miqdarda təzminat ödəniləcək. Azərbaycan Kubokunda mübarizəni davam etdirən "xalq komandası"nın bu turnirin qalibi olub-olmaması isə Regekampfın gələcək taleyi baxımından heç nəyi dəyişməyəcək. Çünki komandanın yerli mütəxəssisə tapşırılacağı da dəqiqləşib.
Nihat